Ukraynalı qaçqınlar Qərbdə cinsi zorakılıqla üzləşirlər

27 Mart 2023 00:01 (UTC+04:00)

Avropada Ukraynadan olan qaçqınlar “seksual zorakılıq” dalğası ilə üzləşə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” yazır ki, bunun artan təhlükəsi “Thomson Reuters” media şirkətinin ATƏT ilə birgə apardığı araşdırmada da bildirilir.

Belə ki, tədqiqat qrupu 24 fevral 2022-ci il tarixindən etibarən qlobal axtarış trafikini tədqiqat sahəsi kimi seçib. Müşahidələr göstərib ki, avropalı internet istifadəçiləri arasında ukraynalı qaçqınlarla bağlı pornoqrafik materiallara maraq xeyli artıb.

“Thomson Reuters”in tədqiqatçılarının iddiasına görə, “Ukrayna pornosu”na marağın artması ukraynalı qadınlara qarşı “kiber-voyerizm” hallarının artması və daha da pisi isə Ukraynadan olan qaçqınların, təbii ki, qadın və qızların (təkcə qızlarınmı?) cinsi istismarına səbəb ola bilər.

“Kişilərin ukraynalı qadın və qızların cinsi əlaqəyə girməsinə olan yüksək tələbi insan alverçiləri üçün bu tələbi ödəmək və ondan qazanc əldə etməklə yanaşı, həssas insanları da işə cəlb etməyə böyük stimul yaradır”.

Qeyd edək ki, bunu ATƏT-in xüsusi nümayəndəsi Valiant Riçi etiraf edib.

Bununla yanaçı, o, iddia edir ki, tədqiqatçılar artıq ukraynalı qaçqınlara söhbət otaqlarında “seks sənayesi”ndə iş təklif olunduğu hallarını müəyyən ediblər.

Tədqiqatçılar həmçinin Ukrayna qadınları tərəfindən təqdim edildiyi iddia edilən seks xidmətlərinin onlayn reklamının miqyasının artdığını da qeyd ediblər.

Ağasəf Babayev