34 yaşlı qadın siçan dərmanından zəhərlənib

26 Mart 2023 23:35 (UTC+04:00)

Şəkidə 34 yaşlı qadın siçan dərmanından zəhərlənib.

SİA APA-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Çayqaraqoyunlu kənd sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Kamal qızı Məmmədova kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı qadının siçan dərmanı içərək zəhərləndiyi məlum olub.

Ş. Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.