"Oyunun ilk dəqiqələrində yoldaşlıq matçı olduğu hiss olunurdu" - QURBAN QURBANOV

26 Mart 2023 22:38 (UTC+04:00)

"Oyunun ilk dəqiqələrindən hiss olurdu ki bu qarşılaşma qardaşlıq oyunudur". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.

O bildirib ki, matçın ilk hissəsində heç bir aqresiya yox idi: "Lakin futbol elə bir idman növüdür ki, burada dəqiqələr artıqca aqresiya yaranır və komandalar qalibiyyət üçün çalışırlar. Təbii ki, Qalatasary komandası yetəri qədər güclüdürlər. Biz də öz gücümüz ortaya qoyduq və çox yaxşı oyun keçdi. Çox istərdim ki, gələcəkdə Türkiyənin və Azərbaycanın milli komandaları qarşılaşarlar".