"Bu günkü oyundan razı qaldım" - QURBAN QURBANOV

26 Mart 2023 22:34 (UTC+04:00)

"Bu stadionda çox möhtəşəm abu-hava var idi. Yoldaşlıq oyunundan çox razı qaldım". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçi bütün azərkeşlərin oyunu maraqla izlədiklərini bildirib: "Bu cür oyunlar futbola olan marağı çoxaldır. Bu günkü oyunun mahniyyətindən hər kəs xəbərdardır. Qalatasaray komandasına uğurlar arzu edirəm. Son zamanlarda çox böyük işlərə imza atırlar".

Qurban Qurbanov eyni zaman İstanbul təmsilçisinin heyəti barədə öz fikirlərini bildirib: "Qalatasaray" komandasının futbolçuları yetəri qədər bacarıqlıdırlar. Onların oyun tərzi və topla davranışlarını bu gün daha da yaxından izlədim".