İsrailin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb

26 Mart 2023 22:32 (UTC+04:00)

Netanyahu müdafiə naziri Yoav Qalantı vəzifəsindən uzaqlaşdırıb İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı hüquq sistemində islahatları dayandırmaq çağırışına görə istefaya göndərib.

Netanyahunun ətrafı, müdafiə nazirinin “baş nazirin kürəyinə vurduğu bıçağın əvəzini ödədiyini” deyiblər.

SİA-nın əldə etdiyi məlumata görə, bir gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant islahatın, eləcə də nümayişlərin ən azı İsrailin Müstəqillik Gününə qədər (bu il aprelin 26-da qeyd olunur) dayandırılmasına və bu məsələdə ictimai konsensusun tapılmasına çağırıb.

Qeyd edək ki, Netanyahunun fikrincə, İsrailin həm ümumən cəmiyyətində, həm də orduda parçalanmasını ödəyə bilməyəcək qədər çox xarici təhlükə var.

Yeri gəlmişkən hüquq sistemində islahat hökumət tərəfindən dekabrın sonunda, andiçmə mərasimindən dərhal sonra elan edilmişdi.

İslahat planları indi təqdim olunduğu formada həyata keçirilsə, İsraildə hakimiyyət bölgüsü məsələsini unutmaq mümkün olacaq(?).

Əli Babayev