"Qarabağ komandası ilə oyunlar davamlı şəkildə olacaq" - OKAN BURUK

26 Mart 2023 22:12 (UTC+04:00)

"Azərbaycana gəldiyimiz və bu gecə azərbaycanlılarla eyni meydanı paylaşmaq bizə qürur verdi". SİA xəbər verir ki, bu sözləri "Qalatasaray" futbol komandasının baş məşqçisi Okan Buruk bildirib.

O, qeyd edib ki, əsas məqsəd Türkiyədə baş verən zəlzələdə zərər çəkən insanalara yardım etməkdir: "Biz Bakıda öz evimizdəki kimi hiss etdik. "Qarabağ" oyuna tam hazır idi. Ümumilikdə oyunu qazandıq bunun üçün sevincliyik".

Baş məşqçi Qarabağ komandası ilə olan oyunların davamlı hal alacağını bildirib: "Biz dünən gec saatlarda Bakıya çatdıq. Lakin heş bir çətinlik bizi qorxutmur. Qarabağ komandası da biz Türkiyədə qarşılayacağıq".