Elm adamları yeni “planet qatili” kəşf ediblər

26 Mart 2023 21:44 (UTC+04:00)

Bu arada alimlər Günəş sistemində yerləşmiş superkütləvi qara dəlik aşkar ediblər. PBC J2333.9-2343 qalaktikası gözlənilmədən dönərək mərkəzini Yerə doğru istiqamətləndirdi.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, belə universal miqyaslı problem barədə Kral Astronomiya Cəmiyyətinə istinadən “New York Post” nəşri məlumat yayıb.

Qeyd edək ki, əvvəlcə PBC J2333.9-2343 qalaktikası elm adamları tərəfindən radioqalaktika kimi təsnif edilib. Yəni bu ən güclü radio emissiyasına malikdir.

Onu da qeyd edək ki, o, Yerdən təxminən 657 milyon işıq ili məsafəsində yerləşir.

Maraqlıdır ki, superkütləvi qara dəliyin Yer əhalisi üçün yeganə kosmik təhlükə olmadığı deyilir.

Materialda həmçinin qeyd olunur ki, alimlər planetin yaxınlığında üç asteroid aşkar ediblər. Onlardan ikisinin eni 1 kilometrdir. Astrologiyada belə həcmlilərə “planet qatilləri” deyilir. Onlar daxili Günəş sistemində yerləşir və Yerimiz üçün ciddi təhlükə yarada bilər.

Nazlı Almuradova