Xaçmazda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb

26 Mart 2023 21:23 (UTC+04:00)

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində "VAZ-21012" və "Şkoda" markalı minik avtomobilləri toqquşub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində Daşdəmirov Nazxanım Soltanəli qızı, Daşdəmirova Lamiyyə Mansur qızı, Qasımova Naidə Əliskəndər qızı və Zülfüqarov Alim Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.