Çavuşoğlu Quterreşlə telefon danışığı aparıb

26 Mart 2023 21:12 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı "Taxıl sazişi"nin fəaliyyəti müzakirə edilib.