Laçın-Xankəndi yolu: Sülhməramlıların avtomobil karvanı keçib

26 Mart 2023 20:37 (UTC+04:00)

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndidən Laçın istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 27 təminat və 2 minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.