Priqojin “and” içir ki, guya bu mən deyiləm...

26 Mart 2023 19:47 (UTC+04:00)

Rusiyalı musiqi prodüseri İosif Priqojin internetdə yayılan prezident Vladimir Putini, Rusiya hakimiyyətini və Ukraynadakı müharibəni tənqid edən söhbətin saxta audio yazısı adlandırıb. Qeyd edək ki, bu audio yazıya Ukrayna mediası və rusiyalı müxalifət fəalları da diqqət çəkiblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, onu yayanların sözlərinə görə, burada Priqojinlə iş adamı, Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovun söhbəti təsvir olunub.

“İndi internetdə guya mənim səsim və bir nüfuzlu şəxslə söhbətimdən ibarət saxta audio yazı yayılıb” –deyən Priqojin “İnstaqram” səhifəsində bu səsin onunla heç bir əlaqəsi olmadığını bildirib.

İosif Priqojinin dediyinə görə, bütün bunlar saxtadır. Çünki onun vətəndaşlığı, siyasi mövqe guya hamıya məlumdur.

Yeri gəlmişkən qeyd edək ki, həm Priqojin, həm də Əhmədov Avropa İttifaqının sanksiya siyahısına Putini və müharibəni dəstəkləyən Rusiya elitasının nümayəndələri kimi daxil ediliblər.

Ağasəf Babayev