“Qarabağ” və “Qalatasaray”ın xeyriyyə oyunu üçün heyətlər açıqlanıb

26 Mart 2023 19:19 (UTC+04:00)

Bakı Olimpiya Stadionunda xeyriyyə oyunu çərçivəsində üz-üzə gələcək Ağdamın "Qarabağ" və Türkiyə "Qalatasaray" klublarının start heyətləri açıqlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar.

"Qalatasaray"ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxacaqlar.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.