“Qərb yeni Ox Gücləri İttifaqı yaratmaq istəyir”

26 Mart 2023 18:43 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Çinlə hərbi ittifaqda olmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Dövlət Televiziyasına açıqlamasında V.Putin Rusiyanın Çinlə heç bir hərbi ittifaqa girmədiyini, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq fəaliyyətlərinin şəffaf şəkildə həyata keçirildiyini söyləyib.

Qərb ölkələrini tənqid edən Rusiya prezidenti İkinci Dünya Müharibəsi zamanı Almaniya, İtaliya və Yaponiyanın “Ox gücləri” alyansını xatırladaraq deyib: “ABŞ və NATO daha çox qlobal ittifaq yaratmaq niyyətindədir. Qərb yeni Ox Gücləri İttifaqı yaratmaq istəyir”.