“Onları təhvil vermirik, ABŞ-ın Avropada etdiyi kimi, “yerləşdiririk”

26 Mart 2023 18:23 (UTC+04:00)

Rusiya Belarus ərazisində nüvə silahı yerləşdirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Rusiya və Belarusun nüvə silahı ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

Belarus ərazisində taktiki nüvə silahı yerləşdirəcəklərini bildirən Putin Rusiyanın “Nüvə silahlarının yayılmaması” müqaviləsini pozmadan Belarus ərazisində nüvə silahı yerləşdirəcəyini bəyan edib.

ABŞ-ın Avropadakı nüvə silahlarına toxunan Rusiya prezidenti “Biz silahları Belarusa təhvil vermirik, ABŞ-ın Avropada etdiyi kimi, onları “yerləşdiririk” deyib.

Rusiya artıq Belarusa taktiki nüvə silahı daşıya bilən 10 təyyarə göndərib. Belarusda nüvə silahlarının yerləşdiriləcəyi obyektin tikintisi Rusiya tərəfindən iyulun 1-dək başa çatdırılacaq.

Rusiya prezidenti 2022-ci ildə “Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində baş verən partlayışları da yada salaraq bunları söyləyib: “Pulitzer” mükafatlı ABŞ jurnalisti Seymur Herşin araşdırmaları ilə “Şimal axını” xəttindəki partlayışların ABŞ kəşfiyyatı tərəfindən təşkil edildiyi qənaətinə gəldi. Mən bununla tamamilə razıyam”.