“Bəsrədən Türkiyəyə inkişaf yolu” layihəsinin əhəmiyyəti odur ki..."

26 Mart 2023 17:41 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş verən və “əsrin fəlakəti” adlandırılan zəlzələlərin yaralarını sağaltmaq üçün mübarizə apararkən, digər tərəfdən əsrin layihələrini bir-bir həyata keçirdiklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbulda Atatürk Mədəniyyət Mərkəzində keçirilən “Elmi yaymaq” Fondunun 52-ci toplantısında çıxış edən R.T.Ərdoğan daha sonra deyib: “Fəthin yadigarlarından biri olan Ayasofyanı məscidə çevirməklə Türkiyə siyasi və iqtisadi müstəqilliyini qlobal miqyasda təsdiq etdi”.

Regional əməkdaşlığı gücləndirəcək və ticarəti inkişaf etdirəcək “Bəsrədən Türkiyəyə inkişaf yolu” layihəsinin həyata keçirilməsinin əhəmiyyətindən də danışan Ərdoğan bildirib: “Önümüzdəki günlərdə millətimizə yeni müjdələr verməyə davam edəcəyik. Bu gün həm zəlzələnin yaralarını sağaldır, həm də işçilərinə, məmurlarına, təqaüdçülərinə hər cür dəstəyi verən bir ölkə olmuşuq. Həm “əsrin fəlakəti” ilə mübarizə aparırıq, həm də əsrin layihələrini bir-bir gerçəyə çeviririk. Bütün təhdidlərə baxmayaraq, ölkəmizə və millətimizə əzmlə xidmət etmək üçün mübarizəmizi davam etdirməliyik".