Ulu Came - Kəbir məscidi qapılarını ziyarətçilərinə açdı

26 Mart 2023 17:35 (UTC+04:00)

Afrika və İslam mədəniyyətlərinin hamoniya təşkil etdiyi Şərqi Afrika ölkəsi Sudanın paytaxtı Xartumun ən böyük tarixi məscidi olan Ulu Came (Kəbir məscidi) 2022-ci ildə başlanan bərpa işlərinin birinci mərhələsinin tamamlanması ilə qapılarını ziyarətçilərinə açdı.

SİA-nın əldə etdiyi məlumata görə, məscidin tikildiyi tarix və memarı haqqında dəqiq məlumat yoxdur. Təxmin edilir ki, bu gün Ulu Came adlandırılan Kəbir məscidinin tikintisi XIX əsrin 30-cu illərində Misir valisi Kavalalı Mehmet Əli Paşanın Sudanı Osmanlı torpaqlarına birləşdirməsindən sonra Xartumun yenidən qurulması ilə başlayıb.

2016-cı ildə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA məsciddə işıq, elektrik və səs sisteminin yenilənməsi, çılçıraqların əlavə edilməsi üçün dəstək verib.