Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi

26 Mart 2023 17:37 (UTC+04:00)

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 15 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.