Abşeronda qəbiristanlıqda bıçaqlanma hadisəsi baş verib

26 Mart 2023 17:23 (UTC+04:00)

Abşeron rayonu Digah qəsəbə qəbiristanlığında bıçaqlanma hadisəsi olub. Abşeron Rayon Polis İdarəsindən SİA-ya bildirilib ki, rayon sakini Həsənzadə Əhəd Səyavuş oğlu 2004-cü il təvəllüdlü Məmmədli Əhməd Ramil oğlunu bıçaqlayıb.

Faktla bağlı Abşeron prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi açılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.