Azərbaycanda COVID-19 infeksiyasına 53 yoluxma faktı qeydə alınıb

26 Mart 2023 17:19 (UTC+04:00)

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 829 min 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 104 nəfər müalicə olunaraq sağalıb, 10 min 166 nəfər vəfat edib. Aktiv xəstə sayı 128 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 910, bu günə qədər isə ümumilikdə 7 milyon 553 min 9 test icra olunub.