Türkiyə Milli Müdafiə Nazirliyi 30 min nəfəri işə götürəcək

26 Mart 2023 12:22 (UTC+04:00)

Türkiyənin Milli Müdafiə Nazirliyi 30 min vakansiya elan edib. SİA "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə nazir Hulusi Akar məlumat verib.

"Proses başlayıb, artıq bu istiqamətdə işlər görülür və davam edəcək. 30 min nəfəri yeni vakansiyalar üzrə işə götürəcəyik", - deyə Akar vurğulayıb.