ABŞ-də tornadolar nəticəsində 26 nəfər ölüb

26 Mart 2023 12:18 (UTC+04:00)

ABŞ-nin cənub ştatlarında baş verən təsirli tornadolar nəticəsində Missisipidə 25, Alabamada isə 1 nəfər həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Missisipi Fövqəladə Hallar Agentliyi məlumat yayıb.

Bildirilib ki, 1 gündə baş verən 10-dan çox tornado şəhərləri məhv edib: “Mississipi 24 mart 2023-cü il gecəsi ştatı bürümüş dağıdıcı və ölümcül qasırğalarla mübarizəni davam etdirir. Hazırda ölənlərin sayı 25-ə çatıb və onlarla insan yaralanıb”.

Tornadoların təsirli olduğu Alabama ştatında isə Morgan bölgəsinin Fövqəladə Hallar İdarəsindən 1 nəfərin öldüyü barədə açıqlama verilib.