Azərbaycan çempionatlarında yarımfinalın ilk oyunlarının vaxtı dəqiqləşib

26 Mart 2023 11:19 (UTC+04:00)

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı dəqiqləşib. SİA-nın məlumatına görə, bu raundda ilk qarşılaşmalar martın 29-u və 30-da keçiriləcək.

Birinci oyun günündə qadın voleybolçuların mübarizəsində yarımfinalın ilk oyunları baş tutacaq. "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşacaq.

Martın 30-da isə kişi voleybolçuların mübarizəsinə start veriləcək. İlk yarımfinal matçlarında "Murov"la MOİK, "Xarı bülbül"lə isə "Neftçi" üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək Liqa (qadınlar)
Yarımfinal, ilk oyunlar
29 mart

16:00. "Abşeron" - "Murov"
18:00. "Azərreyl" - UNEC

Yüksək Liqa (kişilər)
Yarımfinal, ilk oyunlar
30 mart

16:00. "Murov" - MOİK
18:00. "Xarı bülbül" - “Neftçi”

Qeyd edək ki, görüşlər Voleybol Mərkəzində keçiriləcək.