Tanınmış basketbolçu Azərbaycan Kubokunun final oyununu izləyəcək

26 Mart 2023 11:12 (UTC+04:00)

"Gəncə" və NTD komandaları arasında Azərbaycan Kubokunun final oyununu izləyənlər arasında gürcüstanlı veteran basketbolçu Nikoloz Tskitişvili də olacaq. Federasiyadan SİA-ya verilən məlumata görə, keçmiş NBA oyunçusu Sərhədçi İdman Mərkəzində keçiriləcək həlledici matça tribunadan tamaşa edəcək.

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq. Oyun "CBC Sport" telekanalı və federasiyanın rəsmi yutub hesabı vasitəsilə canlı yayımlanacaq.