Yeni idman bazasına Messinin adı verildi - FOTOLAR

26 Mart 2023 10:40 (UTC+04:00)

Futbol üzrə Argentina millisi üçün qurulan yeni idman bazasına Lionel Messinin adı verilib. SİA xəbər verir ki, futbol bazasının açılışında çıxış edən Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia bildirib ki, kompleksdə Argentina millisinin əsas komandası və ölkəni digər yaş qruplarında təmsil edən komandalar yerləşəcək.

“Burada məşq və yüksək səviyyəli tibb məntəqəsi fəaliyyət göstərəcək. Bu kompleks Lionel Andres Messinin adını daşıyacaq”, - deyə Klaudio Tapia bildirib.

Mərasimdə iştirak edən Lionel Messi isə bildirib ki, yeni futbol bazasının açılışına şahidlik etdiyi üçün özünü xoşbəxt hiss edir.

“Mən o şəxslərdənəm ki, insanlara sağ ikən qiymət verilməsinin tərəfdarıyam”, - deyə 35 yaşlı futbolçu bildirib.