BQXK-nın 11 avtomobili aksiya ərazisindən Laçına maneəsiz keçib

26 Mart 2023 10:21 (UTC+04:00)

Ekoaksiyanın iştirakçıları martın 26-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
SİA xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus dörd yük və yeddi minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu, bir daha Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.