“Finlandiya daha şəffaf və konstruktiv mövqe tutub" - İbrahim Kalın

26 Mart 2023 05:24 (UTC+04:00)

“Türkiyə iyunun 1-də, Stokholmda antiterror qanunları qüvvəyə minəndən sonra İsveçin NATO-ya daxil olmaq istəyinə yenidən baxmağa hazırdır”. SİA xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “NTV” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Ankaranın nöqteyi-nəzərindən Finlandiyanın NATO-ya üzvlüyünə heç bir maneə yoxdur. Belə ki, Finlandiya həmişə konstruktiv olub.

“Finlandiya Türkiyənin tələbləri ilə bağlı daha şəffaf və konstruktiv mövqe tutub. Türkiyənin qiymətləndirməsi nəticəsində ölkə Finlandiyanın NATO-ya üzv olmaq ərizəsinin təsdiqini məqsədəuyğun hesab edib.

İsveç üçün qapılar tam bağlı deyil. İsveçdə antiterror qanunu iyunun 1-dən qüvvəyə minəcək. Onlar bunu başa vurduqda, təhlükəsizlik narahatlıqlarımızı həll etmək üçün addımlar atıldığını görəndə prosesi qiymətləndirəcəyik. Biz prinsipcə NATO-nun genişlənməsinin əleyhinə deyilik”.