Selena Qomez yeni eşq həyatı yaşayır - FOTO

26 Mart 2023 05:55 (UTC+04:00)

Məşhur müğənni Selena Qomez yeni eşq həyatı yaşayır. SİA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, ötən gün sənətçi Nyu-Yorkda yerləşən lüks restoranlardan birində həmkarı Zeyn Maliklə görüntülənib. Cütlük romantik şam yeməyi yeyib. Daha sonra isə onlar səmimi anları ilə kameralara tuş gəliblər.

Xatırladaq ki, Zeyn Malik model sevgilisi Cici Hadiddən 2021-ci ildə ayrılıb. Onların bir övladı var.