Türkmənistanda parlament seçkiləri keçiriləcək

26 Mart 2023 03:08 (UTC+04:00)

Bazar günü Türkmənistanda VII çağırış Məclisin (parlament) deputatlarının seçkiləri keçiriləcək. SİA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, həmin gün paralel olaraq rayon, şəhər xalq şuralarının üzvləri və yerli özünüidarəetmə orqanlarının nümayəndələri seçiləcək.

Ölkə vətəndaşları parlamentin 125 deputatını seçməli olacaqlar. Səsvermə birmandatlı seçki dairələri üzrə keçiriləcək. Müxtəlif səviyyəli deputatların və şura üzvlərinin seçkiləri üçün ümumilikdə 7222 seçki dairəsi təşkil olunub.