MAQATE baş direktoru Zaporojye AES-ə baş çəkəcək

26 Mart 2023 02:17 (UTC+04:00)

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi gələn həftə Rusiyanın işğalı altında olan Zaporojye AES-ə baş çəkəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna mətbuatı bu barədə MAQATE-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, R. Qrossi səfər zamanı obyektdə nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirəcək.

Səfəri barədə açıqlama verən MAQATE-nin baş direktoru söyləyib ki, onun əsas məqsədi Ukrayna ərazisində davam edən faciəvi müharibənin nüvə qəzası riskini artırdığına diqqət çəkməkdir.

Əlavə edək ki, bu, Qrossinin Zaporojye AES-in ərazisinə ikinci səfəri olacaq.