Əczaçılıq məhsullarında artım qeydə alınıb

26 Mart 2023 02:05 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında 5974 ton əczaçılıq məhsulları idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 148,3 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 119,5 milyon dollar olmaqla 4700 ton əczaçılıq məhsulları idxal edilmişdi.