İranda 4,9 bal gücündə zəlzələ baş verib

26 Mart 2023 02:04 (UTC+04:00)

Şənbə günü İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə SİA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Təbii fəlakətin episentri təxminən 46 min nəfər əhalisi olan Dehloran şəhərindən 47 km cənub-şərqdə, 40 km dərinlikdə yerləşir.