Ana iki azyaşlı uşağını öldürüb

26 Mart 2023 00:06 (UTC+04:00)

Rusiyanın Yekaterinburq şəhərində dəhşətli hadisə baş verib. Belə ki, ana iki azyaşlı - beş və səkkiz yaşlı uşaqlarını öldürüb və özü sonradan evdən gedərək intihar edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qadının meyiti yaşadığı evdən aralıda, hündürmərtəbəli binanın yanında tapılıb.

Deyilənlərə görə, qadının əri həmin vaxt işdə - dəmiryol vağzalında olub.

Qonşuların dediyinə görə, qadın xarici görünüşünə görə olduqca normal görünürmüş. O gün onun başına nə gəldiyini heç kim bilmir. Onun bu hündürmərtəbəli binaya niyə getdiyi də sirr olaraq qalır. Qeyd edək ki, həmən hündürmərtəbəli onun evindən piyada təxminən 20 dəqiqəlik yoldur.

Hazırda müstəntiqlər və kriminalistlər hadisə yerində işləyir, şahidlər dindirilir.

Ölənlərin cəsədləri ölümün dəqiq səbəbini müəyyən etmək üçün ekspertizaya göndəriləcək.

Hazırda iki azyaşlı uşağın ölümü ilə bağlı cinayət işi açılıb.

Nazlı Almuradova