Türkiyənin məşhur futbol komandalarından hesab olunan "Qalatasaray" komandası Bakıya gəlir. SİA xəbər verir ki, "Qalatasaray" komandasının azərbaycanlı azərkeşləri Heydər Əliyev adına hava limanında onların gəlişini gözləyir.
Qeyd edək ki, "Qarabağ"-"Qalatasaray" qardaşlıq oyunu martın 26-sı saat 18:00-da Bakı Olimpiya stadionunda baş tutacaq.