O, ən yaxşılardandır...

25 Mart 2023 23:25 (UTC+04:00)

İtaliyalı baş məşqçi Fabio Kapello “Real Madrid”in hazırkı baş məşqçisi Karlo Ançelotti ilə bağlı fikirlərini bölüşüb.

Kapelloya görə, Ançelotti bu gün ən yaxşılardandır. İspaniyada, İtaliyada, İngiltərədə, Fransada qalib gəlirsənsə, bu, futbolu başa düşdüyün üçündür. “Real Madrid”i məşq etdirmək elə də asan deyil, çox şey bilmək lazımdır.

Belə ki, sizinlə söhbət edən oyunçular dərhal bir şeyə sahib olmadığını başa düşəcəklər

Keçən il komandanın “La Liqa”dakı qələbəsindən sonra niyə geri çəkilmələri, əks-hücumlarda oynamaları barədə çox danışıldı. Amma bu bir taktikadır. “Real Madrid”lə müqavilə bağlayanda anlayırsan ki, belə söhbətlər olacaq. Əgər qalib gəlməsən, qovulacaqsan. Mən qalib gəldim, amma məni qovdular.

Qeyd edək ki, Kapello iki dəfə “Real Madrid”ə başçılıq edib və hər iki dəfə İspaniya çempionu titulunu qazanıb. Ancaq hər iki dəfə birinci mövsümdən sonra komandadan ayrılıb.
Nazlı Almuradova