Qərb gözlənilməz nəticələrdən qorxur...

25 Mart 2023 22:46 (UTC+04:00)

...Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynaya verilməsi üçün müsadirə edilməsi ideyası daha çox dəstək qazanır, lakin bir sıra yüksək vəzifəli ABŞ rəsmiləri buna şübhə ilə yanaşır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” xəbər verir.

Məlumatlara görə, bəzi ABŞ və digər rəsmilər arasında dondurulmuş aktivlərə həbs qoyulmasının dünya hüquq sisteminə inamı sarsıda biləcəyi ilə bağlı ciddi narahatlıqlar var.

Məsələn, ABŞ-ın maliyyə naziri Canet Yellen, Rusiya hesablarına həbs qoyulması dollara olan inamı da sarsıda biləcəyini deyir.

“Hərbi münaqişə başa çatdıqdan sonra Ukraynanın bərpasının dəyərinin Avropa və ABŞ-ın təmin edə biləcəyi məbləğdən qat-qat artıq olması mümkündür”.

Qeyd edək ki, bunu “The New York Times” yazır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanı cilovlayıb zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyası olduğunu demişdi.

Putinə görə, bu məhdudiyyətlər bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Amma…guya Rusiyada maliyyə sabitliyi pozulmayıb və Avropa sanksiyaları yenə də guya dalana dirəndi.

Ağasəf Babayev