Putinin Fransadakı etirazlarla bağlı şərhi

25 Mart 2023 22:18 (UTC+04:00)

Bu arada Rusiya prezidenti Vladimir Putin federal kanallardan birinə müsahibəsi zamanı Fransadakı etirazlarla bağlı vəziyyəti şərh edib.

Maraqlıdır ki, Rusiya lideri xalqın qəzəbinə məhz sosial dəyişikliklərin səbəb olması onu elə də təəccübləndirmədiyini deyib.

Putinə görə, bu, Fransanın daxili işidir. Bundan əlavə, bir çox ölkələr bu tip islahatlar həyata keçirir: “Müasir dünyada, inkişaf etmiş iqtisadiyyatlarda gözlənilən ömür uzunluğu, orta ömür artır”, - Rusiya lideri qeyd edib.

Qeyd edək ki, Putin Fransada baş verənlərlə Rusiyadakı vəziyyət arasındakı fərqi də dilə gətirib.

Onun dediyinə görə, “birincisi, bizdə hələ də qadın və kişilərin pensiyaya çıxması arasında beş il fərq var. Fransada belə bir fərq yoxdur. İkincisi, bizim on illik uzun bir keçid dövrü var. Bu, vətəndaşların yükünü xeyli azaldır. Ən əsası odur ki, biz bütün güzəştli erkən pensiya rejimlərini saxlamışıq. Bildiyim qədər Fransada yox. Orada bütün bu güzəştli rejimlər aradan qaldırılıb”.

Rusiya Federasiyasının rəhbəri belə deyib.

Ağasəf Babayev