Putin: "Ukraynaya silah tədarükü təhlükə yaradır"

25 Mart 2023 21:54 (UTC+04:00)

Qərbin Ukraynaya verdiyi silahlar təhlükə yaradır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

“Əlbəttə, təhdidlər var. Münaqişədə olduğumuz ölkəyə silah verildikdə, bu, həqiqətən də təhlükə yaradır", - deyə dövlət başçısı Qərbin Ukraynaya silah tədarükünün təhdid olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.