“Biz bu görüşü çox şişirdirik”

25 Mart 2023 21:38 (UTC+04:00)

ABŞ prezidenti Cozef Bayden Kanadaya səfəri zamanı Rusiya ilə Çin arasındakı yaxınlaşmanın həddən artıq şişirdildiyini, Vaşinqtonun həmişə ittifaqlar qurmaqda daha uğurlu olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, martın 25-də bu barədə xəbəri “RİA Novosti” yayıb.

Kanadanın baş naziri Castin Trudeau ilə birgə mətbuat konfransında Baydenə Çin prezidenti Si Cinpinin Moskvaya son səfəri və Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlarla bağlı sual verilib.

ABŞ prezidenti buna cavab olaraq bu görüşün çox şişirdildiyini bildirib.

“Mən Çini, Rusiyanı yüngül qəbul etmirəm, amma düşünürəm ki, biz bunu çox şişirdirik. Belə ki, mən son üç aydır eşidirəm ki, Çin Rusiyaya kütləvi silah tədarükünə başlayacaq. Amma onlar hələ ki, heç nə etməyiblər. Bu, o demək deyil ki, onlar bunu etməyəcəklər, amma hələ ki, heç bir şey yoxdur”, -deyə ABŞ prezidenti bildirib.

Əli Babayev