Keçid məntəqəsindəki yük maşınlarının sırası 30 km-ə çatıb

25 Mart 2023 21:27 (UTC+04:00)

Belarus-Polşa sərhədindəki Kozloviçi keçid məntəqəsi ərazisində yük maşınlarının sırası təxminən 30 km uzanıb.

Bu arada Brest vilayət icraiyyə komitəsinin sədri Yuri Şuleyko, şənbə günü, günün ortasına kimi M1 şossesində, Jabinkovski rayonunun Fedkoviçi kəndi istiqamətində nəhəng yük maşınlarının sırasının artdığını bildirib.

Şuleykonun sözlərinə görə, yük daşımalarının sərhəddən keçməsində maneələr Polşa tərəfi tərəfindən yaradılır.

Brest vilayətinin hakimiyyət orqanlarının vəziyyətə nəzarət etdiyini və növbədə qalan yük maşınlarının sürücülərini lazım olan hər şeylə təmin etdiyini bildirən belaruslu səlahiyyətli, yol polisinin yollarda asayişin qorunmasına da köməklik göstərdiklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa İttifaqı istiqamətlərindəki yükdaşımalarda yığılma artıq qeydə alınmaqdadır.

Əli Babayev