Qaradağda zorakılıq əlamətli meyit aşkar edilib

25 Mart 2023 21:16 (UTC+04:00)

Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.

SİA APA-ya istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Aparılan araşdırılmalarla bağlı məlumat veriləcək.