Brüsseldə Cənubi Azərbaycan türklərinin izdihamlı mitinqi keçirilir

25 Mart 2023 20:18 (UTC+04:00)

Bu dəqiqələrdə Brüsseldə Avropa Parlamentinin binasının qarşısında “Azadlıq və ədalət yürüşü” mitinqi keçirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, izdihamlı mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak edirlər. Onlar Fransa, AFR, Böyük Britaniya, Skandinaviya ölkələri, Benelüks və digər dövlətlərdən gəliblər. Mitinqin başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət”dir.

Mitinq iştirakçıları İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad edilməsini tələb edirlər.