Rusiya Çinin təkidi ilə nüvə silahından istifadə etməyəcək?

25 Mart 2023 20:06 (UTC+04:00)

Çin prezidenti Si Cinpinin bu yaxınlarda Moskvaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə görüşü Kremlin nüvə silahından istifadə etmə ehtimalını azaldıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Financial Times” xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər naziri Cozep Borrell deyib.

Bu arada bir avropalı diplomat jurnalistlərə, Si Cinpinin Putinə çox açıq şəkildə Rusiya Ukrayna müharibədəsində nüvə silahı yerləşdirməyəcəyini bildirib

Borrelin sözlərinə görə, Çin lideri Rusiyanın işğalı ilə əlaqəli olmaq riskini minimuma endirmək istəyir. Avropa İttifaqı xarici işlər naziri həmçinin qeyd edib ki, Çin Rusiyanı tam dəstəkləmir və hələlik Pekinin Moskvaya silah göndərdiyinə dair heç bir əlamət yoxdur.

Qeyd edək ki, Borrell Çin və Hindistanı sanksiyalar fonunda Rusiyanın enerji resurslarını almağa davam etdiklərinə görə də tənqid edib.

Ağasəf Babayev