Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

25 Mart 2023 18:52 (UTC+04:00)

Martın 26-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.