Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

25 Mart 2023 18:11 (UTC+04:00)

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan şənbə günü, martın 25-də telefon danışığı keçirib və Ukraynadakı vəziyyəti, taxıl müqaviləsini, eləcə də Moskva ilə Ankara arasındakı münasibətləri müzakirə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Kremlin mətbuat xidməti yayıb.

Türkiyə lideri Rusiyanın Qara dəniz limanlarından Ukrayna taxılının ixracı və Rusiya ərzaq eləcə də gübrələrinin ixracına maneələrin aradan qaldırılması ilə bağlı İstanbul razılaşmalarının 60 gün müddətinə uzadılması ilə bağlı razılığını müsbət qiymətləndirib.

Rusiya-Türkiyə münasibətlərinin müzakirəsi zamanı Putinlə Ərdoğan ticarət-iqtisadi əlaqələrin necə inkişaf etməsindən və xüsusilə enerji sahəsində birgə strateji layihələrin uğurla həyata keçirilməsindən məmnun qalıblar. İki ölkə liderləri Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının tikintisi və qaz təchizatındakı irəliləyişləri müzakirə ediblər.

Əli Babayev