Avropa Ittifaqı Si Cinpini Zelenski ilə danışıqlara məcbur edir?

25 Mart 2023 18:01 (UTC+04:00)

Avropa Ittifaqı səlahiyyətliləri rəsmi Pekini təkcə Moskva ilə deyil, həm də Kiyevlə danışıqlar aparmasında israr edir,

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa Ittifaqı əslində Si Cinpini Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmağa sövq edirlər.

Avropa Çin prezidenti Si Cinpindən Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlara başlamasını istəyir.

Deyilənlərə görə, bunu jurnalistlərə yüksək səviyyəli avropalı məmur bildirib.

Adının çəkilməsini istəməyən məmurun iddiasına görə, Avropa Ittifaqı liderləri ÇXR rəhbərliyinə təkcə Rusiya ilə deyil, həm də Ukrayna ilə əməkdaşlıq etmək zərurətindən danışırlar.

Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Vladimir Zelenski ilə Çin prezidenti Si Cinpin arasında telefon danışıqları planlaşdırıldığını, lakin bunu təşkilində müəyyən çətinliklər olduğunu bildirmişdi.

Ağasəf Babayev