Castin Trudo Kanadaya səfər edən Cozef Baydenlə görüşüb

25 Mart 2023 17:58 (UTC+04:00)

Kanadanın baş naziri Castin Trudo paytaxt Ottavada ABŞ prezidenti Cozef Baydenlə görüşüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Castin Trudo Kanadaya rəsmi səfər edən ABŞ prezidenti Cozef Baydeni parlament binasında qəbul edib.

ABŞ ilə iqtisadi məsələlər və iqlim dəyişikliyi ilə mübarizəylə yanaşı,dəyişən geosiyasət kontekstində təhlükəsizlik sahəsində əməkdaşlıq etdiklərini bildirən Castin Trudo deyib: “Bizim ABŞ-dan daha böyük dostumuz və müttəfiqimiz yoxdur”.

Kanadanın şimal sərhədində olduqları üçün özlərini şanslı hiss etdiklərini ifadə edən Bayden bu ölkə ilə eyni dəyərləri paylaşdıqlarını vurğulayıb. "Biz vaxtaşırı bəzi məsələlərdə razılaşmırıq, lakin paylaşdığımız demokratik dəyərlər arasında demək olar ki, fərq yoxdur və bu, həqiqətən də böyük fərq yaradır",-deyə Cozef Bayden vurğulayıb.
Qeyd edək ki, daha sonra liderlərin ikitərəfli görüşü olub.