“Zirə”nin futbolçusu Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb

25 Mart 2023 17:18 (UTC+04:00)

“Zirə”nin futbolçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb. SİA xəbər verir ki, hücumçu Afrika Millətlər kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində ölkəsinin səfərdə Nigeriyanı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 46-cı dəqiqəsində oyuna daxil olub.

“Zirə”nin nigerli üzvü İssa Cibriella isə Afrika Millətlər kuboku yarışlarının seçmə oyununda yığmasının səfərdə Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu oyunda ehtiyatda qalıb.