VII qrant müsabiqəsinə layihə qəbulu davam edir

25 Mart 2023 16:53 (UTC+04:00)

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihə qəbulu davam edir. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.

Qrant müsabiqəsi barədə ətraflı məlumatla nazirliyin saytında elanlar bölməsində tanış olmaq mümkündür.