Bakıda yaşayış binasında yanğın olub

25 Mart 2023 16:43 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin zirzəmisində ev əşyaları 25 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın söndürülüb.