“Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı təşkil olunacaq

25 Mart 2023 12:33 (UTC+04:00)

Bakı Dövlət Universitetində (BDU) “Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfransda iştirak etmək istəyən alim və gənc tədqiqatçılar mövzu ilə bağlı məruzələrin xülasələrini (400-500 söz həcmində) aprelin 5-dək təşkilat komitəsinin bdu.konfrans@mail.ruelektron poçt ünvanına göndərə bilərlər. Bu barədə SİA-ya BDU-dan məlumat verilib. Görkəmli ədəbiyyatşünas, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan respublika elmi konfransı aprelin 18-dən 19-dək keçiriləcək.

Təşkilat komitəsi ilə əlaqə: Telefon: 012 539 02 12; 012 539 03 73, E-mail: bdu.konfrans@mail.ru
Ünvan: Z.Xəlilov küçəsi 23